Salyan rayonunda ümumi sahəsi 60 kvadrat metr olan birmərtəbəli evin bir otağının yanar konstruksiyaları 25 kvadrat metr sahədə və ev əşyaları yanıb. ''Azad Səs'' xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.