Bakıda kişi gicgah nahiyəsindən bıçaqlandı
- 11-11-2020, 08:20
- Hadisə
APA xəbər verir ki, hadisə Xəlil Rza Ulutürk küçəsində baş verib.
1976-cı il təvəllüdlü Həsənov Rafiq Həsən oğlu küçədə naməlum şəxslə əlbəyaxa dava edib.
Dava R.Həsənovun bıçaqlanması ilə yekunlaşıb. Yaralı 3 nömrəli şəhər klinik xəstəxanasına çatdırılıb. O, başının gicgah nahiyəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə reanimasiya şöbəsinə yerləşdirilib.Oxu.az