Главная > Hadisə > Bakıda kişi gicgah nahiyəsindən bıçaqlandı

Bakıda kişi gicgah nahiyəsindən bıçaqlandı


11-11-2020, 08:20. Разместил: azadses
Bakının Nərimanov rayonunda dava zamanı bir nəfər ağır xəsarət alıb.
APA xəbər verir ki, hadisə Xəlil Rza Ulutürk küçəsində baş verib.
1976-cı il təvəllüdlü Həsənov Rafiq Həsən oğlu küçədə naməlum şəxslə əlbəyaxa dava edib. 
Dava R.Həsənovun bıçaqlanması ilə yekunlaşıb. Yaralı 3 nömrəli şəhər klinik xəstəxanasına çatdırılıb. O, başının gicgah nahiyəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə reanimasiya şöbəsinə yerləşdirilib.Oxu.az


Вернуться назад