Главная > Hadisə > Bakıda 3 yaşlı uşaq xəstəxanada öldü
Bakıda 3 yaşlı uşaq xəstəxanada öldü29-12-2019, 12:06. Разместил: azadses |
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır Bakıda azyaşlı xəstəxanada ölüb. Azadsəs-in məlumatına görə, hadisə A.F. Qarayev adına 2 saylı uşaq xəstəxanasında qeydə alınıb. Dekabrın 28-də Binəqədi rayon, Mədən 1, korpus 30 ünvanında yaşayan 2016-ci il təvəllüdlü Həmzəyev Ümid Sarif oğlu xəstəxanaya yerləşdirilib və həmin tarixdə orada ölüb. Azyaşlının meyitinin ilkin müayinə zamanı Ü.Həmzəyevdə baş-beyin ödemi aşkarlanıb. Faktla bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır. Вернуться назад |