Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
- 17-09-2024, 14:42
- Hadisə
Myanmada “Yagi” qasırğasının yaratdığı daşqınlar nəticəsində ölənlərin sayı 226 nəfərə çatıb.
“Report” xəbər verir ki, bu barədə “Eleven” media qrupu məlumat yayıb.
Qeyd olunub ki, təbii fəlakət nəticəsində 77 nəfər itkin düşüb.
Ümumilikdə ölkənin mərkəzi hissəsində, eləcə də şərq və şimal-şərqində yerləşən 56 yaşayış məntəqəsini su basıb, 320 mindən çox insan təhlükəli ərazilərdən təxliyə edilib.
Xilasetmə xidmətləri itkin düşənlərin axtarışını davam etdirir.