Gəncədə evdə yanğın olub, xəsarət alan var - YENİLƏNİB
- 16-03-2024, 13:00
- Hadisə
Gəncə şəhəri Çarıqçılar küçəsində evdə yanğın olub, xəsarət alan var.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin 4 yanğınsöndürən maşınları və 25 canlı qüvvəsi cəlb olunub.
Şəhər sakini, A.Rəhimova məxsus ümumi sahəsi 136 kvadratmetr olan evdə divanın yanması nəticəsində ev sahibinin qayınatası, 1945-ci il təvəllüdlü F.Kazımov yanıq xəsarətləri alıb. O, evdən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.
Zərərçəkən xəstəxanaya yerləşdirilib, ona 2-ci dərəcəli yanıq diaqnozu qoyulub və tibbi yardım göstərilib.
Yanğın söndürülüb, hadisənin səbəbləri araşdırılır.
5:50
Gəncə şəhərində mənzildə yanğın nəticəsində 1 nəfər xəsarət alıb.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Çarıqçılar küçəsində qeydə alınıb.
Küçədəki evlərin birində divan naməlum səbəbdən yanıb. Bu zaman divanda yatan 1945-ci il təvəllüdlü F.Kazımov yanıq xəsarətləri alıb.
O, hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən əməkdaşları tərəfindən evdən çıxarılaraq xəstəxanaya çatdırılıb.
Hadisə yerinə 4 yanğınsöndürən maşın cəlb olunub və yanğın söndürülüb.
Faktla bağlı araşdırma aparılır.