Yevlaxda yanğın olub, xəsarət alan var
- 23-02-2021, 08:04
- Hadisə
![](/uploads/posts/2021-02/medium/1614056657_yanan-ev-yangin-yanqin-yangin.jpg)
"Azad Səs"-in Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, hadisə Bəydili kəndində qeydə alınıb.
Kənddə ümumi sahəsi 40 m² olan kürsülü birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.