Beyləqanda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
- 23-11-2023, 12:04
- Hadisə
Beyləqan rayonunda 43 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
"Report" xəbər verir ki, 1980-ci il təvəllüdlü Məmmədov Sənan Kərəm oğlunun idarə etdiyi avtomobil yol kənarındakı maneəyə çırpılıb.
Hadisə zamanı xəsarət alan S.Məmmədov təcili tibbi yardımın köməkliyi ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona bel fəqərəsinin sınığı diaqnozu qoyulub. Yaralının vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanalardan birinə gətirilib.
Faktla bağlı araşdırma aparılır.