10 gün əvvəl dəm qazından zəhərlənən qadın ölüb
- 8-02-2023, 12:23
- Hadisə
10 gün əvvəl dəm qazından zəhərlənən qadın xəstəxanada ölüb.
APA xəbər verir ki, 10 gün əvvəl Abşeron rayonunun Hökməli qəsəbəsində 1974-cü il təvəllüdlü Məlahət Rəhimova evinin hamam otağında dəm qazından zəhərlənib.
Qadın qonşuları tərəfindən xəstəxanaya çatdırılsa da, ötən gün ölüb.
Faktla bağlı araşdırma aparılır.