Nərimanovda aparatdan 29 min manat oğurlandı - Kameraya düşdü
Nərimanov rayonunda yerləşən ödəmə terminallarından birindən oğurluq edilib.
“Qafqazinfo” DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, naməlum şəxs terminalı sındıraraq oradan 29 min manata yaxın pulu ələ keçirib. Həmin şəxsin oğurluq etməsi təhlükəsizlik kameraları vasitəsi ilə də görüntülənib. Nərimanov Rayon Polis İdarəsinin keçirdiyi əməliyyatla hadisəni törətməkdə şübhəli bilinən Rəşad Süleymanov saxlanılıb.
Ətraflı
Faktla bağlı araşdırmalar davam etdirilir.
Rəşad Süleymanovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, ərazi polis orqanlarına, DİN-in “102” Xidməti Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.