Bankomatdan vətəndaşların pulunu oğurlayan şəxs ələ keçdi
Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisindəki bankomatların qarşısında vətəndaşların etibarından sui-istifadə edərək onların bank kartlarındakı pulu ələ keçirən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, Asim Həsənov bir neçə vətəndaşın bank kartından pulu mənimsəyərək onlara 4 307 manat miqdarında maddi ziyan vurub.
Bundan başqa istintaq zamanı saxlanılan şəxsin iki fərdi yaşayış evindən oğurluq etməsi də məlum olub.
Saxlanılan şəxsin respublikanın digər şəhər və rayonlarında analoji cinayətlər törətməsi istisna edilmir. Həmin şəxslərin əməllərindən zərər çəkən vətəndaşların Tovuz Rayon Polis Şöbəsinə, DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə eləcə yaşadıqları ərazi üzrə polis orqanlarına müraciət etmələri tövsiyə olunur.
Faktla bağlı araşdırmalar davam etdirilir.