Ucarda avtomobil su arxına aşıb: Yeddi nəfər xəsarət alıb - FOTO
- 4-03-2023, 19:00
- Hadisə
![Ucarda avtomobil su arxına aşıb: Yeddi nəfər xəsarət alıb - FOTO](/uploads/posts/2023-03/fotojet-16.jpg)
Ucarda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında Bakı-Qazax avtomobil yolunun rayonun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb.
“Mercedes” və “Hyundai” markalı minik maşınlarının toqquşması nəticəsində “Hyundai” yoldan çıxaraq su arxına aşıb. Nəticədə 7 nəfər müxtəlif xəsarətlər alıb. Yaralılar Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
![](/uploads/posts/2023-03/640344de07eef640344de07ef0167793583611c1d09a27aaeaf97121f7942505b535.jpg)
![](/uploads/posts/2023-03/640344df2bfd2640344df2bfd4167793583658c3906e5a1a76865f08957c9ee48aa2.jpg)
![](/uploads/posts/2023-03/640344dcebe07640344dcebe08167793583697709378e628db49b2a2450f9d550c62.jpg)