Главная > Hadisə > Ucarda avtomobil su arxına aşıb: Yeddi nəfər xəsarət alıb - FOTO

Ucarda avtomobil su arxına aşıb: Yeddi nəfər xəsarət alıb - FOTO


4-03-2023, 19:00. Разместил: admin
Ucarda avtomobil su arxına aşıb: Yeddi nəfər xəsarət alıb - FOTO
Ucarda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında Bakı-Qazax avtomobil yolunun rayonun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb.

“Mercedes” və “Hyundai” markalı minik maşınlarının toqquşması nəticəsində “Hyundai” yoldan çıxaraq su arxına aşıb. Nəticədə 7 nəfər müxtəlif xəsarətlər alıb. Yaralılar Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.




Вернуться назад