Türkiyədə güclü zəlzələ olub
Türkiyənin Malatya şəhərində 5,2 bal gücündə zəlzələ olub.
“Azad Səs” xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yeraltı təkanlar şəhərin Pütürge rayonunda 7 km dərinlikdə meydana gəlib.
Dağıntı və itki barədə hələlik məlumat verilməyib.