Türkiyədə dəhşətli zəlzələ baş verib - CANLI YAYIM + YENİLƏNİB
Bu gün Türkiyədə çox sayda insanın ölümünə və dağıntılara səbəb olan dəhşətli zəlzələ baş verib.
Haber Global dağıntılar olan yerdən canlı yayıma çıxıb:
06:51
Türkiyədə 7.4 maqnitudalı zəlzələ olub.
Oxu.Az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, zəlzələnin ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonu ərazisində 7 km dərinlikdə olub.
Yeraltı təkanlar Bakı vaxtı ilə 05:17-də qeydə alınıb. Zəlzələ Ankara daxil olmaqla ölkənin bir çox şəhərlərində hiss edilib.
Çox sayda yaşayış binasının və ictimai-iaşə obyektlərinin dağıldığı bildirilir.