Şəmkirdə üzərində xəsarət əlamətləri olan qadın meyiti tapıldı
Şəmkirdə qadın meyiti tapılıb.
Bu barədə Oxu.Az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.
Qeyd edilib ki, Şəmkir rayonun Zəyəm Cırdaxan kənd sakini, 1959-cu il təvəllüdlü Əntiqə Məmmədovanın yaşadığı evdə üzərində xəsarət əlamətləri olan meyiti aşkarlanıb.
Şəmkir Rayon Polis Şöbəsinin və Rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə gəlib.
Faktla bağlı polis əməkdaşları tərəfindən zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.