Главная > Hadisə / Manset > Şəmkirdə üzərində xəsarət əlamətləri olan qadın meyiti tapıldı

Şəmkirdə üzərində xəsarət əlamətləri olan qadın meyiti tapıldı


20-02-2023, 19:27. Разместил: admin
Şəmkirdə üzərində xəsarət əlamətləri olan qadın meyiti tapıldı

Şəmkirdə qadın meyiti tapılıb.

Bu barədə Oxu.Az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.

Qeyd edilib ki, Şəmkir rayonun Zəyəm Cırdaxan kənd sakini, 1959-cu il təvəllüdlü Əntiqə Məmmədovanın yaşadığı evdə üzərində xəsarət əlamətləri olan meyiti aşkarlanıb.

Şəmkir Rayon Polis Şöbəsinin və Rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə gəlib.

Faktla bağlı polis əməkdaşları tərəfindən zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Вернуться назад