FHN-dən Sabirabaddakı yanğında əməkdaşlarının zəhərlənməsi iddiasına REAKSİYA - YENİLƏNİB
- 20-02-2023, 11:46
- Hadisə
Sabirabadda baş vermiş yanğın hadisəsi nəticəsində FHN əməkdaşları arasında zəhərlənən və xəsarət alan olmayıb.
Bu barədə Oxu.Az-a FHN-dən məlumat verilib.
Qurumdan bildirilib ki, Sabirabadda baş vermiş yanğın hadisəsi nəticəsində ümumiyyətlə, zəhərlənən və xəsarət alan olmayıb.
09:08
Sabirabadda pambıq zavodunda yanğın zamanı FHN-in 18 əməkdaşı tüstüdən zəhərlənib.
“Report”un Aran bürosunun məlumatına görə, ötən gün axşam saatlarında rayonun Axtaçı Muğan kəndində yerləşən pambıq qəbulu və emalı zavodunda yanğın söndürülən zaman FHN-in 18 nəfər əməkdaşı tüstüdən zəhərlənib.
Tüstüdən zəhərlənənlər bunlardır:
Sabirabad sakinləri - Güləliyev Arif Elçin oğlu - 1998-ci il təvəllüdlü, Dadaşlı Allahşükür Baladadaş oğlu – 1999-cu il təvəllüdlü, İsayev Şamo Şakir oğlu -1990-cı il təvəllüdlü, Ağayev Elman Telman oğlu - 1982-ci il təvəllüdlü, Axundzadə Nurlan Aydın oğlu - 1991-ci il təvəllüdlü, Səmədov Rail Əflan oğlu - 1982-ci il təvəllüdlü, Abdullayev Vüqar Əkbər oğlu - 1988-ci il təvəllüdlü, Qubadov Vüsal Ramiz oğlu - 1981-ci il təvəllüdlü, Teymurov Anar Şahin oğlu - 1988-ci il təvəllüdlü, Nağıyev Əlimövsüm Adil oğlu - 1982-ci il təvəllüdlü, Ağayev Ələsgər Möhlət oğlu - 1984-cü il təvəllüdlü, Zeynalov Kənan Lazım oğlu - 1995-ci il təvəllüdlü, Əliyev Murad Həsənağa oğlu - 1986-cı il təvəllüdlü, Əsgərov Səftər Qəhrəman oğlu - 1991-ci il təvəllüdlü, Vəliyev Rəşad Nəbi oğlu - 1982-ci il təvəllüdlü, Zeynalov Şəmistan Namiq oğlu - 1993-cü il təvəllüdlü, Neftçala rayon sakini Həbibov Tərlan Adbalaoğlu - 1991-ci il təvəllüdlü, Hacıqabul rayon sakini Rəhimov Feyruz Firuz oğlu - 1983-cü il təvəllüdlü.
Tüstüdən zəhərlənən və göz almacıqlarından zədələnənlər Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Xəstəxanada ilk tibbi yardım göstərildikdən sonra əksəriyyəti ambulator müalicəyə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.