Sabirabadda baş verən qəzada iki nəfər xəsarət alıb
![](/uploads/posts/2022-11/medium/1667625107_8e32ba73-721f-35e2-a424-181a22d75943_850.jpg)
“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Zəngənə-Cavad kəndini birləşdirən yolda qeydə alınıb.
Belə ki, hərəkətdə olan iki avtomobil toqquşub.
Qəza nəticəsində Sabirabadda yaşayan Kürdəmir rayon sakinləri, 1968-ci il təvəllüdlü Mayılov Vüqar Bəybala oğlu və 1974-cü il təvəllüdlü Əsədov Natiq Məmmədtağı oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.