Göyçayda sürücü sükan arxasında ürəktutmadan ölüb
- 8-02-2023, 19:32
- Hadisə
Göyçayda sürücü sükan arxasında ürəktutmadan ölüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, bu gün saat 15 radələrində 1968-ci il təvəllüdlü Fəxrəddin Xəlilov idarə etdiyi VAZ-2107 markalı avtomobillə Göyçay şəhəri ərazisində hərəkətdə olarkən ilkin ehtimala əsasən ürəktutmadan ölüb və nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yolun kənarında dayanan “VAZ-2109” markalı avtomobilə dəyib.
Zərbənin təsirindən VAZ-2107-dəki qadın sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb.