Ailə ağır qəzaya düşdü - Ana-oğul öldü, ata ilə qızı yaralandı
Şəkidə ağır avtomobil qəzası olub.
"Azadsəs.az" xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəki rayonunun Kövər Zəyzid kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, Bakı şəhəri, Nəsimi rayon sakini, 1987-ci il təvəllüdlü Emin Elbrus oğlu Rəsulzadə idarə etdiyi "KİA Sportage” markalı avtomobillə hərəkətdə olarkən, idarəetməni itirib və nəticədə, avtomobil yoldan çıxaraq aşıb.
Hadisə zamanı avtomobildə sərnişin qismində olan sürücünün həyat yoldaşı, 1982-ci il təvəllüdlü Səbinə Dilqəm qızı Rəsulzadə və övladı, 2019-cu il təvəllüdlü Eldar Emin oğlu Rəsulzadə aldıqları müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən hadisə yerində ölüblər.
Sürücü Emin Rəsulzadə və digər övladı 2013-cü il təvəllüdlü Nəzrin Emin qızı Rəsulzadə aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.