“Respublikanski”də xəstə özünü pəncərədən atdı
- 8-02-2023, 15:17
- Hadisə
Bakıda xəstəxanada intihar hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, Yasamal rayonu, M.Həsənov küçəsində yerləşən Respublika Klinik Xəstəxanasında (“Respublikanski”) müalicə alan Şabran rayon sakini, 1962-ci il təvəllüdlü C.Əzizov özünü pəncərədən atıb.
O, aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Faktla bağlı araşdırma aparılır.