İsmayıllı rayonunda intihar hadisəsi baş verib.
“Azadsəs.az”ın məlumatına görə, şəhər sakini, 1962-ci il təvəllüdlü Rüstəm Bayramov yaşadığı ünvanda özünü asaraq öldürüb.
İntiharın səbəbi hələlik məlum deyil.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.