Türkiyədə sel: Onlarla avtomobil su altında qaldı
![](/uploads/posts/2022-05/medium/1651591866_fotojet-35.jpg)
Onlarla avtomobil sel suları altında qalıb.
Mimar Sinan məktəbinin həyətinə yığılan sel sularının hündürlüyü 1,5 metri keçib. Gölə çevrilən məktəb həyətində 80-ə yaxın avtomobil su altında qalıb.
Hadisə yerinə fövqəladə hallar işçiləri, xilasedici qüvvələr, polis cəlb edilib.
Xoşbəxtlikdən maşınlarda qalan və yaralanan olmayıb.