Qazaxda ağır qəza - Ölənlər var
![](/uploads/posts/2022-12/medium/1670566436_qeza.jpg)
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Ağköynək kəndində qeydə alınıb.
Belə ki, hərəkətdə olan minik avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq açıb.
Qəza zamanı 1982-ci il təvəllüdlü Kamil Qaragözov və 1981-ci il təvəllüdlü Rəşad Vəliyev hadisə yerində ölüblər.
Faktla bağlı Qazax rayonun Polis Şöbəsində araşdırma aparılır.