Rusiya FTX-dəki mənbə: “Ukraynaya nüvə zərbəsi endirilməsi müzakirə edilib”
“Yazda Rusiya qoşunlarının ilk uğursuzluqlarından sonra Rusiya Federasiyasında Ukraynaya nüvə zərbəsinin endirilməsi ehtimalı müzakirə olunub”.
Bu barədə Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətindəki (FTX) “Dəyişikliklər küləyi” ləqəbli informator elektron məktublar vasitəsilə məlumat verib.
Təqdim edilən elektron məktublar 17 və 21 mart, həmçinin 12 aprel tarixlərini əhatə edir. Rusiyalı hüquq müdafiəçisi və “Gulagu.net” saytının təsisçisi Vladimir Oseçkin FTX agentindən məktublar alıb.
Martın 4-dən etibarən FTX-dəki mənbə mütəmadi olaraq Oseçkinə mesajlar göndərib və Ukraynaya qarşı müharibə ilə bağlı xidmət daxilində qəzəb və narazılığın olduğu ilə bağlı faktları açıqlayıb. İnformatorun noyabrda göndərdiyi son məktublar Kremlin rəhbəri Vladimir Putinin ən yaxın müttəfiqləri arasında gərginliyin olduğundan xəbər verir.
Məktublar Putinin Rusiyanın “ərazi bütövlüyünü müdafiə etmək” üçün nüvə silahından istifadə etməyə hazır olduğunu bəyan etməsindən bir neçə ay əvvəl göndərilib.
Müharibə başlayandan cəmi bir neçə həftə sonra yazılan 17 mart tarixli elektron məktubda mənbə bildirib ki, Ukraynaya qarşı müharibə “məntiqdən və sağlam düşüncədən kənar olsa da”, onlar ümid edirlər ki, “açıq şəkildə axmaqlıq həyata keçirilməyəcək”. “Axmaqlıq” adı altında isə nüvə silahından istifadə nəzərdə tutulur.
Bir neçə gün sonra isə FTX-dəki mənbə məlumat verib ki, Ukraynaya qarşı taktiki nüvə silahından istifadə Rusiyanın həm rəqiblərinin, həm də neytral ölkələrin gözündə məğlubiyyəti demək olardı.
“Lokal münaqişə üçün belə güclü arqumentin olması hərbi zəifliyi nümayiş etdirəcəkdi ki, bunu hərbi uğurlar belə, ört-basdır edə bilməzdi”, - deyə FTX-dəki mənbə qeyd edib. O həmçinin əlavə edib ki, Putin “Qərbi qorxutmaq” üçün nüvə silahından istifadə ilə hədələyə bilər.
“Putinin Ukraynaya qarşı müharibədə nüvə zərbəsi ona heç nə verməyəcək. Eyni zamanda elə nəticələrə gətirib çıxara bilər ki, bunu nəzərdən keçirməyin belə, mənası yoxdur”, - deyə informatorun 12 aprel tarixli elektron məktubunda vurğulanıb.
O həmçinin bildirib ki, əgər Putin nə vaxtsa nüvə zərbəsi endirmək əmrini verməyə çalışarsa, Kremldəki “instansiya zənciri” onun qarşısını alacaq.