Arvadı boşanıb başqasına ərə getmək istədi, özünü yandırdı
Ağcabədidə 25 yaşlı Cavid Ələsgərovun üzərinə benzin tökərək özünü yandırmasının təfərrüatı məlum olub.
“Kriminalqafqaz” xəbər verir ki, hadisə dünən günorta saatlarında baş verib.
C.Ələsgərov Ağcabədi şəhəri Z.Adıgözəlov küçəsinə gələrək üstünə benzin töküb və özünə od vurub. Yaxınlıqdakı polis əməkdaşı dərhal müdaxilə edərək onu söndürüb və xəstəxanaya çatdırılıb.
İlkin araşdırma zamanı məlum olub ki, C.Ələsgərovla həyat yoldaşı arasında xeyli vaxtdır ailədaxili münaqişə yaşanır. Belə ki, qadın ondan boşanaraq başqasına ərə getmək istədiyini bildirib. Həyat yoldaşından boşanmaq istəməyən C.Ələsgərov intihar edərək ona mane olmağa çalışıb.
Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, Cavid Ələsgərov Vətən Müharibəsinin iştirakçısı olub.