Naxçıvanda qadın qətlə yetirildi
![](/uploads/posts/2022-11/medium/1668074395_modern_az_qadin_meyiti_667.jpg)
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Şərur rayonunun Kərimbəyli kəndində 1978-ci il təvəllüdlü Vüsalə Hüseynova bıçaqlanaraq öldürülüb.
İlkin araşdırmalardan sonra 44 yaşlı qadının qeyri-rəsmi nikahda yaşadığı Elnur Cəfərov tərəfindən qətlə yetirildiyi müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.