Главная > Hadisə / Manset > Naxçıvanda qadın qətlə yetirildi

Naxçıvanda qadın qətlə yetirildi


10-11-2022, 15:17. Разместил: admin
Naxçıvan Muxtar Respublikasında qətl törədilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Şərur rayonunun Kərimbəyli kəndində 1978-ci il təvəllüdlü Vüsalə Hüseynova bıçaqlanaraq öldürülüb.

İlkin araşdırmalardan sonra 44 yaşlı qadının qeyri-rəsmi nikahda yaşadığı Elnur Cəfərov tərəfindən qətlə yetirildiyi müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Вернуться назад