Bakıdan Xaçmaza sərnişin daşıyan “Prius” aşıb, xəsarət alanlar var
Bakıdan Xaçmaza sərnişin daşıyan “Toyota Prius” idarətməni itirərək dərədən aşıb, xəsarət alanlar var.
“Report”un Şimal bürosu xəbər verir ki, hadisə Bakı-Quba yolunun 122-ci kilometrliyində, Şabran rayonunun Taxtakörpü qəsəbəsi yaxınlığında qeydə alınıb.
Qəza nəticəsində avtomobildə olan 2002-ci il təvəllüdlü Quliyev Emin Qalib oğlu və 2003-cü il təvəllüdlü Dadaşov Gülyar Aydın oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hər iki yaralı xəstəxanaya çatdırılıb. Onlara ilkin tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.