Pakistanda məsciddə partlayış nəticəsində ölənlərin sayı artdı
Pakistanın şimal-qərbində Peşəvər şəhərində məscidin partlaması nəticəsində ölənlərin sayı 56 nəfərə çatıb, 200-ə yaxın adam yaralanıb.
“Azadsəs.az” xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumatı yerli polis orqanları yayıb.
Yaralıların köçürüldüyü xəstəxanın sözçüsü 195-dən çox insanın yaralandığını təsdiqləyib. O, xəsarət alanlar arasında bir neçə nəfərin vəziyyətinin ağır olduğunu deyib.
Məlumata əsasən, iki terrorçu məscidə girməyə cəhd edib və orada vəzifələrini yerinə yetirən polis əməkdaşları ilə atışma olub. Nəticədə partlayışdan əvvəl bir polis həlak olub, digəri isə ağır yaralanıb.