Əfqanıstanda millət vəkilinə qarşı sui-qəsd olub
- 20-12-2020, 11:02
- Dünya
Əfqanıstanın paytaxtı Kabil şəhərində növbəti terror aktı törədilib.
''Azad Səs'' “Report”-a istinadən xəbər verir ki, bu barədə “Tolo News” təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, partlayış Spin Kalay meydanında baş verib. Hücumun hədəfi Əfqanıstan parlamentinin üzvü Hacı Xan Məhəmməd Vardakın avtomobili olub.
“Pajvak” agentliyinin verdiyi məlumata görə, millət vəkili yaralanıb. Terror hücumu nəticəsində doqquz nəfər ölüb, iyirmi nəfər xəsarət alıb.
İndiyə qədər heç bir terror qruplaşması partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib.