azadses.az » Hadisə » Türkiyədə partlayışda ölənlərin sayı artdı: Ərdoğan hadisə yerinə gəldi – YENİLƏNİB + FOTO/VİDEO

Türkiyədə partlayışda ölənlərin sayı artdı: Ərdoğan hadisə yerinə gəldi – YENİLƏNİB + FOTO/VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bartında bir gün əvvəl baş verən partlayışda onlarla insanın həlak olduğu kömür mədəninə gedib. O, mədənçilərin qohumları və yaxınları, axtarış-xilasetmə əməliyyatlarının iştirakçıları ilə söhbət edib.

“Amasrada kömür mədənində baş verən qəza 41 nəfərin həyatına son qoyub. Hadisə hərtərəfli araşdırılacaq. Hökumət gələcəkdə belə faciələrin qarşısını almaq üçün əlindən gələni edəcək”, - R.T.Ərdoğan bildirib.

13:17

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bartında mədəndə baş verən partlayışla bağlı başsağlığı verib.

“İtirdiyimiz mədənçi qardaşlarımızın ailələri və uşaqları bizim əmanətimizdirlər. Həyat itkisini kompensasiya edə bilməsək də, vəfat etmiş bacı-qardaşlarımızı geri qaytara bilməsək də, onların ailələrinin qayğısına qalacağıq”, - deyə Ərdoğan “Twitter” hesabında paylaşım edib.

Baş verən hadisə ilə bağlı Diyarbəkir proqramını ləğv edən Türkiyə lideri bu gün Bartına - hadisə yerinə gedəcəyini bildirib.

“Ədliyyə orqanlarımız canımızı ağrıdan, ciyərlərimizi parçalayan bu faciəli hadisəni ətraflı araşdıracaq, ən kiçik səhlənkarlığı belə cavabsız qoymayacaqdır. Bir azdan Bartına gedəcəyəm və bütün işlərə yerində nəzarət edəcəyəm”, - deyə Rəcəb Tayyib Ərdoğan qeyd edib.

Eyni zamanda Türkiyənin daxili işlər naziri Süleyman Soylu Bartında baş verən partlayışda ölənlərin sayının 40-a çatdığını açıqlayıb.

Baş vermiş faciə ilə əlaqədar Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarına başsağlığı verib.

12:34

Türkiyənin Bartın vilayətinin Amasra rayonunda mədəndə baş verən partlayışın səbəbi bəlli olub.

Bununla bağlı Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönmez açıqlama verib.

Nazir bildirib ki, ilkin araşdırmalara görə, hadisə mədən qazından qaynaqlanan partlayış nəticəsində baş verib. Partlayış zamanı meydana gələn yüksək təzyiq və temperatur çox sayda işçinin həyatını itirməsinə səbəb olub.

Nazir Fatih Dönmezin sözlərinə görə, partlayış nəticəsində bəzi yerlərdə qismən çökmə baş verib. O, həmçinin yeraltı tuneldə havalandırma sisteminin düzgün işlədiyini qeyd edib.

Dönmez 15 işçinin xilas edilməsi üçün işlərin davam etdiyini əlavə edib.

“Hazırda 15 yoldaşımız mədəndədir, axtarışlar hələ də davam edir. Partlayışdan sonra yeraltı tuneldə yanğın baş verib. Hazırda komandalarımız yanğının və orada əmələ gələn dəm qazının təsirini azaltmağa çalışırlar”, - deyə nazir bildirib.

Fatih Dönmez qeyd edib ki, 15 işçinin harada olduğu məlumdur. Nazir həmçinin partlayış yerinin də təxmini bəlli olduğunu əlavə edib.

“10-11 işçi yanğının davam etdiyi bölgədədir. Çox böyük yanğın deyil. Təhlükəsiz şəkildə oraya girmək üçün yanğının və karbonmonoksit qazının dəf edilməsi lazımdır. Bəzi yerlərdə qismən çökmə var. 4-5 işçimiz də çökmə olduğu bölgədədir. İşlər davam edir”, - deyə o vurğulayıb.

09:15

Türkiyənin Bartın vilayətinin Amasra rayonunda mədəndə partlayış zamanı ölənlərin sayı 28-ə çatıb.

Bu barədə Türkiyə səhiyyə naziri Fahrettin Koca məlumat verib.

Koca qeyd edib ki, yaralılardan 6-sı İstanbulda, 5-i Bartında olmaqla 11 xəstənin müalicəsi üçün lazım olan hər şey edilir.




DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Beyləqanda yol qəzasında 7 yaşlı uşaq ağır xəsarət alıb
  2. Bakıda avtomobil 61 yaşlı qadını vurub
  3. DYP-dən xəbərdarlıq: Kimlərəsə arxayın olanlar bilsinlər ki, qanun hamı üçündür
  4. Xətai rayonunda yaşayış binasında yanğın olub
  5. Bakıda baldız yeznəsini bıçaqlayıb
  6. Suraxanıda 35 yaşlı kişi evində döyülərək ağır xəsarət alıb
  7. 65 yaşlı kişini ilan sancdı
  8. Sumqayıtda mənzildə kişi meyiti tapılıb
  9. Bakıda iki avtomobil toqquşub, xəsarət alan var
  10. Bakıda 20 yaşlı qadın öldürülüb, qardaşı saxlanılıb - YENİLƏNİB
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Şou biznes
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”