Главная > Hadisə / Manset > Türkiyədə partlayışda ölənlərin sayı artdı: Ərdoğan hadisə yerinə gəldi – YENİLƏNİB + FOTO/VİDEO
Türkiyədə partlayışda ölənlərin sayı artdı: Ərdoğan hadisə yerinə gəldi – YENİLƏNİB + FOTO/VİDEO15-10-2022, 16:22. Разместил: admin |
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bartında bir gün əvvəl baş verən partlayışda onlarla insanın həlak olduğu kömür mədəninə gedib. O, mədənçilərin qohumları və yaxınları, axtarış-xilasetmə əməliyyatlarının iştirakçıları ilə söhbət edib. “Amasrada kömür mədənində baş verən qəza 41 nəfərin həyatına son qoyub. Hadisə hərtərəfli araşdırılacaq. Hökumət gələcəkdə belə faciələrin qarşısını almaq üçün əlindən gələni edəcək”, - R.T.Ərdoğan bildirib. 13:17 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bartında mədəndə baş verən partlayışla bağlı başsağlığı verib. “İtirdiyimiz mədənçi qardaşlarımızın ailələri və uşaqları bizim əmanətimizdirlər. Həyat itkisini kompensasiya edə bilməsək də, vəfat etmiş bacı-qardaşlarımızı geri qaytara bilməsək də, onların ailələrinin qayğısına qalacağıq”, - deyə Ərdoğan “Twitter” hesabında paylaşım edib. Baş verən hadisə ilə bağlı Diyarbəkir proqramını ləğv edən Türkiyə lideri bu gün Bartına - hadisə yerinə gedəcəyini bildirib. “Ədliyyə orqanlarımız canımızı ağrıdan, ciyərlərimizi parçalayan bu faciəli hadisəni ətraflı araşdıracaq, ən kiçik səhlənkarlığı belə cavabsız qoymayacaqdır. Bir azdan Bartına gedəcəyəm və bütün işlərə yerində nəzarət edəcəyəm”, - deyə Rəcəb Tayyib Ərdoğan qeyd edib. Eyni zamanda Türkiyənin daxili işlər naziri Süleyman Soylu Bartında baş verən partlayışda ölənlərin sayının 40-a çatdığını açıqlayıb. Baş vermiş faciə ilə əlaqədar Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarına başsağlığı verib. 12:34 Türkiyənin Bartın vilayətinin Amasra rayonunda mədəndə baş verən partlayışın səbəbi bəlli olub. Bununla bağlı Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönmez açıqlama verib. Nazir bildirib ki, ilkin araşdırmalara görə, hadisə mədən qazından qaynaqlanan partlayış nəticəsində baş verib. Partlayış zamanı meydana gələn yüksək təzyiq və temperatur çox sayda işçinin həyatını itirməsinə səbəb olub. Nazir Fatih Dönmezin sözlərinə görə, partlayış nəticəsində bəzi yerlərdə qismən çökmə baş verib. O, həmçinin yeraltı tuneldə havalandırma sisteminin düzgün işlədiyini qeyd edib. Dönmez 15 işçinin xilas edilməsi üçün işlərin davam etdiyini əlavə edib. “Hazırda 15 yoldaşımız mədəndədir, axtarışlar hələ də davam edir. Partlayışdan sonra yeraltı tuneldə yanğın baş verib. Hazırda komandalarımız yanğının və orada əmələ gələn dəm qazının təsirini azaltmağa çalışırlar”, - deyə nazir bildirib. Fatih Dönmez qeyd edib ki, 15 işçinin harada olduğu məlumdur. Nazir həmçinin partlayış yerinin də təxmini bəlli olduğunu əlavə edib. “10-11 işçi yanğının davam etdiyi bölgədədir. Çox böyük yanğın deyil. Təhlükəsiz şəkildə oraya girmək üçün yanğının və karbonmonoksit qazının dəf edilməsi lazımdır. Bəzi yerlərdə qismən çökmə var. 4-5 işçimiz də çökmə olduğu bölgədədir. İşlər davam edir”, - deyə o vurğulayıb. 09:15 Türkiyənin Bartın vilayətinin Amasra rayonunda mədəndə partlayış zamanı ölənlərin sayı 28-ə çatıb. Bu barədə Türkiyə səhiyyə naziri Fahrettin Koca məlumat verib. Koca qeyd edib ki, yaralılardan 6-sı İstanbulda, 5-i Bartında olmaqla 11 xəstənin müalicəsi üçün lazım olan hər şey edilir. Вернуться назад |