Gəncədə oğlan anasının evindən 14 min dollar oğurladı
![](/uploads/posts/2022-09/medium/1662381714_fotojet-92.jpg)
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 31-də şəhər ərazisindəki evlərin birindən 14500 ABŞ dolları və 2000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən ev sahibəsinin oğlu V.Səfərov saxlanılıb.
Araşdırma aparılır.