azadses.az » Hadisə » Rusiyadakı güclü yanğında ölənlər arasında azərbaycanlı var? Səfirlik hərəkətə keçdi - FOTO

Rusiyadakı güclü yanğında ölənlər arasında azərbaycanlı var? Səfirlik hərəkətə keçdi - FOTO

Rusiya paytaxtında hosteldə yanğın baş verib. Hadisə nəticəsində 8 nəfər ölüb. Onların hamısı miqrantlardır.

Faciə nəticəsində daha dörd nəfər yaralanıb, təxminən 200 nəfər təxliyə edilib.

Oxu.Az ölən və yaralananlar arasında azərbaycanlıların olub-olmadığı barədə Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) sorğu göndərib.

XİN Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva Oxu.Az-a açıqlamasında bu barədə quruma məlumat daxil olmadığını diqqətə çatdırıb:

“Baş vermiş hadisədə ölən və ya xəsarət alanlar arasında azərbaycanlıların olub-olmaması ilə bağlı ölkəmizin Rusiyadakı səfirliyi araşdırma aparır”.

Qeyd edək ki, yanğın barədə məlumat 28 iyul Moskva vaxtı ilə saat 23:47-də (Bakı vaxtı ilə 29 iyul 00:47) daxil olub. İlkin ehtimallara görə, hadisəyə səbəb elektrik avadanlığının nasazlığı ola bilər.

Ölüm hallarına səbəb hostelin pəncərələrindəki dəmir barmaqlıqlar göstərilib. İnsanlar buna görə binadan çıxmağı bacarmayıblar. Yerli sakinlər onlara kömək etməyə çalışsalar da, bu mümkün olmayıb.

RF Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yataqxanada yanğın siqnalizasiyası işləməyib. Müəssisədə dəfələrlə qanun pozuntuları aşkar edilib, yerli sakinlər obyektin antisanitar vəziyyətindən şikayət ediblər.

Faciə ilə bağlı RF İstintaq Komitəsi tərəfindən “Təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsinə görə ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olma” maddəsi ilə cinayət işi açılıb.





DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Beyləqanda yol qəzasında 7 yaşlı uşaq ağır xəsarət alıb
  2. Bakıda avtomobil 61 yaşlı qadını vurub
  3. DYP-dən xəbərdarlıq: Kimlərəsə arxayın olanlar bilsinlər ki, qanun hamı üçündür
  4. Xətai rayonunda yaşayış binasında yanğın olub
  5. Bakıda baldız yeznəsini bıçaqlayıb
  6. Suraxanıda 35 yaşlı kişi evində döyülərək ağır xəsarət alıb
  7. 65 yaşlı kişini ilan sancdı
  8. Sumqayıtda mənzildə kişi meyiti tapılıb
  9. Bakıda iki avtomobil toqquşub, xəsarət alan var
  10. Bakıda 20 yaşlı qadın öldürülüb, qardaşı saxlanılıb - YENİLƏNİB
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Şou biznes
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”