Azərbaycan Ordusunun hərbçisi Mingəçevir su anbarında boğulub - YENİLƏNİB + FOTO
![](/uploads/posts/2022-07/medium/1657734106_dnizd-batd.jpg)
Müdafiə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Bayramov Namizəd İsrail oğlu iyulun 13-də xidmət yerindən kənarda, Mingəçevir şəhəri yaxınlığındakı su anbarında çimərkən boğularaq vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
![](/uploads/posts/2022-07/medium/1657734085_mm.jpg)
18:06
Mingəçevir su anbarında çimən şəxs boğulub.
Oxu.Az-ın məlumata əsasən, “Mingəçevir” məntəqəsindən 2 km aralı, qeyri-çimərlik ərazidə kişi meyiti aşkarlanıb.
Meyit vətəndaşlar tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma başlanıb.