Главная > Hadisə / Manset > Azərbaycan Ordusunun hərbçisi Mingəçevir su anbarında boğulub - YENİLƏNİB + FOTO

Azərbaycan Ordusunun hərbçisi Mingəçevir su anbarında boğulub - YENİLƏNİB + FOTO


13-07-2022, 21:32. Разместил: admin
anbarında boğulub.

Müdafiə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Bayramov Namizəd İsrail oğlu iyulun 13-də xidmət yerindən kənarda, Mingəçevir şəhəri yaxınlığındakı su anbarında çimərkən boğularaq vəfat edib.

Faktla bağlı araşdırma aparılır.




18:06

Mingəçevir su anbarında çimən şəxs boğulub.

Oxu.Az-ın məlumata əsasən, “Mingəçevir” məntəqəsindən 2 km aralı, qeyri-çimərlik ərazidə kişi meyiti aşkarlanıb.

Meyit vətəndaşlar tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma başlanıb.
Вернуться назад