Kanalda batan əsgərin meyiti TAPILDI
Aprelin 15-də Yuxarı Qarabağ kanalının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 2003-cü il təvəllüdlü Əhmədov Allahverdi Zalış oğlunun axtarışları başa çatıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
A.Əhmədovun meyiti kanalın Mingəçevir şəhəri ərazisindən keçən hissəsində (batdığı yerdən təqribən 1 km aralı) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən aşkarlanaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Azadsəs.az qeyd edir ki, Allahverdi Əhmədov altı ay idi ki, hərbi xidmət göstərirdi. O, 10 günlük məzuniyyətə çıxaraq, yaşadığı Mingəçevir şəhərinə gəlib.