Abşeronda sürücü ehtiyatsızlığı dəhşətə səbəb oldu: Uşağın üstündən keçdi
![](/uploads/posts/2022-06/medium/1655703934_fotojet-2022-06-20t090450_103.jpg)
APA xəbər verir ki, hadisə AAAF Park yaşayış kompleksinin həyətində baş verib.
Orada yaşayan şəxs avtomobili ilə geriyə hərəkət edərkən həyətdə oynayan 2018-ci il təvəllüdlü Hüseyn Ağayevin üzərindən keçib. Kəllə nahiyəsindən xəsarət alan uşaq hadisə yerində ölüb.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində avtotexniki ekspertiza təyin edilib.