Главная > Hadisə / Manset > Abşeronda sürücü ehtiyatsızlığı dəhşətə səbəb oldu: Uşağın üstündən keçdi

Abşeronda sürücü ehtiyatsızlığı dəhşətə səbəb oldu: Uşağın üstündən keçdi


20-06-2022, 08:38. Разместил: admin
Xırdalan şəhərində uşaq avtomobilin altında qalıb.

APA xəbər verir ki, hadisə AAAF Park yaşayış kompleksinin həyətində baş verib.

Orada yaşayan şəxs avtomobili ilə geriyə hərəkət edərkən həyətdə oynayan 2018-ci il təvəllüdlü Hüseyn Ağayevin üzərindən keçib. Kəllə nahiyəsindən xəsarət alan uşaq hadisə yerində ölüb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində avtotexniki ekspertiza təyin edilib.
Вернуться назад