İranda kimya zavodunda partlayış nəticəsində azı 112 nəfər zəhərlənib
İranda kimya zavodunda güclü partlayış olub.
Məlumata görə, insident Fars əyalətinin cənubunda yerləşən Firuzabad şəhəri yaxınlığındakı natrium karbonat zavodunda baş verib.
Hadisə nəticəsində azı 112 şəxsin xəsarət aldığı bildirilib. Onların zəhərli qazlardan təsirləndikləri məlum olub. Zərərçəkənlərin hamısı xəstəxanalara çatdırılıb.
Xilasetmə xidmətləri zavoddan ammonyak sızması təhlükəsini aradan qaldırmağa çalışır. Hakimiyyət orqanları yeni zəhərlənmələrin qarşısını almaq üçün Cam şəhərindən Firuzabada gedən yolu bağlayıb.