Tacikistanda kömür mədənində güclü partlayış olub: Ölən və xəsarət alanlar var
![](/uploads/posts/2021-07/medium/1627170444_800x400.jpg)
Bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.
Xəsarət alanların yerləşdirildiyi xəstəxanadan bildirilib ki, yaralıların vəziyyəti hazırda orta-ağır stabil qiymətləndirilir.
Partlayışın nəticələrini aradan qaldırmaq üçün əraziyə fövqəladə hallar komitəsinin əməkdaşları, yanğınsöndürənlər və həkimlərdən ibarət xilasetmə qrupu cəlb olunub.