Gəncədə 58 yaşlı kişini elektrik dirəyində cərəyan vuraraq ÖLDÜRDÜ
![](/uploads/posts/2022-06/medium/1654693828_fotojet-2022-06-08t154751_323.jpg)
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, nazirliyin “qaynar xətt”inə Gəncə şəhərində elektrik dirəyində cərəyan vurması nəticəsində ölən 1964-cü il təvəllüdlü Əsgərov Fərhad Teyyub oğlunun meyitinin götürülməsi üçün müraciət daxil olub.
Müraciətlə əlaqədar FHN-in Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Təhlükəsiz əməliyyat şəraiti təmin olunduqdan sonra xilasedicilər F.Əsgərovun meyitini elektrik dirəyindən aşağı düşürərək aidiyyəti üzrə təhvil veriblər.