Elektrik dirəyində təmir apararkən cərəyan vurdu, öldü
- 12-02-2022, 14:47
- Hadisə
Gəncədə 30 yaşlı kişini cərəyan vuraraq öldürüb.
“Azadsəs.az” xəbər verir ki, hadisə fevralın 11-də Abbas Səhət küçəsində qeydə alınıb.
Belə ki, 1992-ci il təvəllüdlü Röyal Əliyev nasazlığı aradan qaldırmaq üçün işıq dirəyinə çıxıb. Bu zaman ehtiyatsızlıqdan yüksək gərginlikdən cərəyanın vurması nəticəsində ölüb.
Fakta bağlı araşdırma aparılır.
***
Gəncə şəhər prokurorluğundan “Azadsəs.az"a verilən məlumata görə, fevralın 11-i saat 17 radələrində Gəncə şəhər sakini, “Azavqrup” işıqlandırma şirkətində fəhlə işləyən 1992-ci il təvəllüdlü Röyal Əliyev şəhərin işıqlandırılması üçün nəzərdə tutulmuş küçə işığının lampasını dəyişərkən elektrik cərəyanı vurması nəticəsində ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam edir.