19 yaşlı gəncin meyiti dənizdən çıxarıldı
- 27-03-2022, 18:23
- Hadisə
Bakı bulvarı ərazisində dənizdən 19 yaşlı gəncin meyiti çıxarılıb.
“Azadsəs.az” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, Səbail rayonu, Dənizkənarı Milli Parkın ərazisində (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 600 m aralı, nəzarətsiz ərazi) aşkar edilən kişi meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.
Müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu çağırış üzrə cəlb olunub.
Həyata keçirilən tədbirlər nəticəsində 2003-cü il təvəllüdlü Qənbərli İlkin Emil oğlunun meyiti aidiyyəti üzrə təhvil verilib.