Bakıda işlədiyi evdən qızılları oğurlayan xadimə: “Qızımın müalicəsinə pul lazım idi”
Bakıda işlədiyi evdən 5 794 manat dəyərində qızıl oğurlayan xadiməyə hökm oxunub.
“Kriminalqafqaz” xəbər verir ki, hadisə bu ilin yanvar ayında baş verib.
Belə ki, Sevda Rəsulova (ad və soyad şərtidir) ilə “Facebook”da tanış olaraq onun evində çalışmağa başlayan Mariya Soltanova (soyad şərtidir) işinin üçüncü günü Sevdanın qızıllarını oğurlayaraq bir qismini satıb.
Hadisə ilə bağlı başlanılan cinayət işinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsində baxılıb.
Məhkəmədə ifadə verən Mariya Soltanova bildirib ki, oğurluğu qızının müalicəsinə pul lazım olduğu üçün edib:
“Çoxdan idi, iş axtarırdım. “Facebook”da gördüm ki, bir qadın elan paylaşıb. 500 manat maaş qarşılığında evinə xadimə axtarır. Mən də onunla əlaqə saxlayıb razılaşdım. Gündəlik 20 manat olmaqla altı gün işləməli olacaqdım. Düzdür, məni qane etməsə də, ehtiyaclarıma görə razılaşdım. İki azyaşlı övladım var.
Orada işləyərkən yataq otağında qırmızı qutuda qızılların olduğunu görmüşdüm. Lombarda olan borcum və qızımın müalicəsi üçün lazım olan pula görə qızılları götürdüm. Daha sonra onların bir qismini 1 800 manata satdım. Pulun cəmi 300 manatını xərclədim. Əməlimdən çox peşmanam. Xərclədiyim pulu borc alıb Sevdaya qaytarmışam”.
Hadisədən zərər çəkən Sevda Rəsulova məhkəmədə bildirib ki, Mariyadan heç bir şikayəti və tələbi yoxdur:
“Qızıl qutusunu açanda orada bəzi qızıllarımı görmədim. Bu barədə polisə məlumat verdik. Onlar da kimdən şübhələndiyimizi soruşanda mən də Mariyanın adını verdim. Mariya da əməlini etiraf edib. Daha sonra satdığı qızılların pulunu gətirib mənə verdi. Hazırda ondan şikayətim yoxdur”.
Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin hökmü ilə Mariya Soltanova CM-nin 177.2.4-cü (Xeyli miqdarda ziyan vurmaqla oğurluq törədildikdə) maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 1 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Ona elektron nəzarət cihazı tətbiq edilib və üzərinə daimi yaşadığı ərazini tərk etməmək öhdəliyi qoyulub.