Yarım milyonluq brilyantla tutulan şəxsə hökm oxundu
- 2-04-2022, 21:09
- Kriminal
Qaçaqmalçılıq yolu ilə Dubaydan Azərbaycana brilyant qaşlar gətirən şəxsə hökm oxunub.
"Azadsəs.az" “Kriminalqafqaz”a istinadən xəbər verir ki, hadisə ötən ilin yanvar-fevral aylarında baş verib. Belə ki, 1979-cu il təvəllüdlü Sahib Məmmədov (ad və soyad şərtidir) əvvəlcədən əlbir olduğu bir qrup şəxsin köməyi ilə 495075,50 manat dəyərində olan 16 ədəd şəffaf sellofan paketdə yerləşdirilmiş brilyant qaşları satmaq məqsədi ilə ölkəyə gətirib.
Sahib Məmmədov həmin sellofan paketləri boks kisəsinin içində gizlədərək 2021-ci ilin 12 fevralında gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə hava sərhədindən ölkəyə keçirib. Ankara-Bakı aviareysilə gələn Azərbaycan Respublikasının vətəndaşına məxsus baqaj rentgen aparatından keçirilib. Daha sonra vətəndaş saxlanılaraq inzibati binaya dəvət olunub.
Ona məxsus böyük ölçülü karton qutuya yoxlama keçirilən zaman, qutunun içərisində olan boks kisəsi açılıb və brilyant dolu paketlər yerə tökülüb. Gömrük əməkdaşları tərəfindən aşkar olunan bükümlər nömrələnib. Aşkar olunan brilyant qaşların təxmini ümumi kütləsi 4500 karat (948 qram) təşkil edib.
Sahib Məmmədov daha sonra 63287,33 manat gömrük ödənişini Dövlət Gömrük Komitəsinin vasitəsi ilə dövlət büdcəsinə ödəyib.
Bakı Şəhəri Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sahib Məmmədovun cəzası şərti hesab edilib. Bu səbəbdən o azadlıqda qalıb və 2 il sınaq müddəti təyin edilib.
Qeyd edək ki, hadisə ilə bağlı ötən ilin 23 fevralında Dövlət Gömrük Komitəsi məlumat yayıb.