Mingəçevirdə yeniyetmə kanalda batıb
![](/uploads/posts/2022-05/medium/1653838591_qe.jpg)
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, şəhər sakini 2008-ci il təvəllüdlü Əliyev Ayxan Məhəmməd oğlu Yuxarı Qarabağ kanalının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində batıb.
Hazırda FHN-nin Kiçikhəcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları Ayxan Əliyevin axtarışını davam etdirir.