Bakıda kişi baldızı tərəfindən bıçaqlandı
![](/uploads/posts/2022-05/medium/1652325495_qadn_baq.jpg)
"Azadsəs.az" xəbər verir ki, ailə məişət zəmnində baş verən bıçaqlanma Lökbatan qəsəbəsində qeydə alınıb.
Belə ki, 1981-ci il təvəllüdlü Əli Həsənov yaşadığı evdə baldızı ilə mübahisə edib. Mübahisə zamanı o qarnının ön divarından bıçaqlanıb.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Fakt Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.